DİN: "Hadı Rəcəblinin polisə çağırılması barədə məlumatlar yalandır"

Daxili İşlər Nazirliyi Milli Məclisin üzvü Hadı Rəcəblinin gəlini barəsində cinayət işi başlanması və həmin faktla bağlı deputatın polisə çağırılaraq ifadəsinin alınması barədə yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov apa-nın sorğusuna cavabında yayılan xəbərin yalan olduğunu bildirib: “Suraxanı Rayon Polis İdarəsinə belə bir şikayət daxil olmayıb və belə bir fakt yoxdur. Milli Məclisin deputatı Hadı Rəcəblinin polisə çağırılaraq hansısa vətəndaşa zamin durması barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Bu, başdan ayağa yalan, uydurma məlumatdır. Hörmətli millət vəkili polis idarəsinə çağırılmayıb və ondan ifadə alınmayıb”.
E.Zahidov jurnalistlərə müraciət edərək belə xəbərləri yayarkən diqqətli olmağa cağırıb.
Qeyd edək ki, bəzi saytlar Milli Məclisin deputatı Hadı Rəcəblinin dələduzluqda ittiham edilən gəlini Zərifə Beruzova ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə gedərək ifadə verdiyi barədə informasiya yayıb. Həmin məlumatda H.Rəcəblinin polis idarəsində gəlininə zamin duraraq borclu olduğu pulun tez bir zamanda yiyəsinə qaytarılmasına zəmanət verdiyi bildirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












