DİN həkimlər üçün işçi qəbulu elan edib

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 10 (on) həkim vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il avqust ayının 15-dən sentyabr ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin internet [email protected] ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi;
- Ali təhsil haqqında diplom;
- Hərbi bilet (kişilər üçün);
- Əmək kitabçasının surəti.
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-20-59
(012) 590-20-94
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










