DİN-in boksçuları qələbə qazandı - FOTO

Dekabrın 20-dən 24-dək görkəmli Azərbaycan boksçusu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir keçirilib. Azərbaycan Boks Federasiyasının idman zalında baş tutan yarışda yerli idmançılarla yanaşı, 14 xarici dövlətin komandası iştirak ediblər. Azərbaycan milli komandası turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Millimizin heyətində DİN İdman Cəmiyyətinin 3 idmançısı öz gücünü sınayıb. Onlardan 52 kq. çəki dərəcəsində Əflatun Babayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib, Cəmiyyətin digər yetirməsi Cavid Qurbanov yarımfinala qədər irəliləyərək bürünc medal əldə edib. O, 69 kq. çəki dərəcəsində öz qüvvəsini sınayıb. Yarışın sonunda qaliblərə diplom və kubok verilib.
Qeyd edək ki, komandamızı bu yarışa İdman Cəmiyyətinin müəllimi, əməkdar məşqçi Yadigar Məmmədov hazırlayıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













