DİN-in idarə rəisi: "Sosial şəbəkələrdə yer alan məlumatlar araşdırılır"

"Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində ailə münaqişələri ilə bağlı yer alan məlumatlar Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində təhlil edilir və araşdırılır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda konfransda həmin idarənin rəisi Oktay Kərimov deyib. O bildirib ki, daxili işlər orqanları daxil olan bütün müraciətlər üzrə operativ tədbirlər görür: "Ailə münaqişəsi ilə bağlı polis orqanlarına daxil olan hər bir məlumat obyektiv araşdırılır, zorakılıq müəyyən olunan ailələr münaqişəli ailə kimi qeydiyyata götürülür, zorakılığa yol verən şəxslərə xəbərdarlıq edilir. Daxili işlər orqanları digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə əhali arasında mütəmadi maarifləndirmə işləri aparır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












