DİN-in səyyar xidmətləri davam etdirilir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər Quba rayonunda baş tutub.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmətlər zamanı ümumilikdə 696 nəfər, o cümlədən rayonun Vladimirovka kəndində 105, Xucbala kəndində 121, Alekseyevka kəndində 152, Zərqava kəndində 93, Talabıqışlaq kəndində 90, Xınalıq kəndində 77, Amsar kəndində 58 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Qeyd edək ki, ilin əvvəlindən iyun ayının 1-dək rayon üzrə 5258 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












