DİN maarifləndirici tədbir keçirdi - Türkan qəsəbəsində

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsində maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirlikdən verilən məlumata görə, tədbir qəsəbədəki Mədəniyyət Evində 119, 262 və 256 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın tələb və prinsiplərini izah edərək bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin fəal mövqe nümayiş etdirməsini iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra A.Adığızəlov "Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının eləcədə radikal dini qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatların məktəblərdə yayılmasının və təbliğinin qarşısının alınmasında daxili işlər orqanlarının rolu", Xəzər Rayon Mərkəzi Xəstəxanasının baş narkoloq-həkimi Z.Cabbarov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat”, Xəzər rayon Qeydiyyat İdarəsinin rəisi N.Əhmədzadə ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.
Mövzular ətrafında Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Azər Muradov, rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balaşov, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının məsul əməkdaşları, məktəb direktorları, pedaqoji heyət, psixoloqlar çıxış ediblər.
Daha sonra geniş diskussiya aparılıb, məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












