DİN məktəblərlə bağlı əhaliyə müraciət etdi: "Uydurmadır"

Daxili İşlər Nazirliyi Bakıda məktəblərin qarşısında narkotik tərkibli konfetəbənzər həblərin satılması ilə bağlı yayılmış səs yazısına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a daxil olan açıqlamada bildirilir ki, bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən, guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə məlumatlar yayılıb: “İctimaiyyətin narahatlığına səbəb olmuş bu məsələ ilə əlaqədar bildiririk ki, yayılmış məlumatların heç bir əsası yoxdur. Ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanmış oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıbmış. Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb. Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb. Ona görə vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırırıq”.
Fidan
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA










