DİN zorla maşına mindirilən qadın haqda məlumat yaydı - VİDEO

İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib. Dindirmə zamanı M.Hüseynova E. Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












