Diqqət: Bakıda yeni fırıldaqçı peyda olub - VİDEO

Bakıda yeni fırıldaqçılıq metodundan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan oğurluq videosunda bir kişi mağazaya daxil olaraq qonşu mağazada işlədiyini və 100 manatlığa 2 ədəd 50 manatlığın olub-olmamasını soruşur. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, fırıldaqçının qurbanı olan xanım bu haqda yazıb: “Bu videonu hər yerdə paylaşın, bu oğrunu hamı tanısın. Bu adam bu gün mənim mağazama girib “qarşıdakı saat dükanından gəlmişəm, orda işləyirəm, bəs, məni tanımadınız” dedi. Mən də təəccüblü şəkildə “tanımadım” dedim. “Qonşuyuq, qonşu saat dükanından gəlmişəm. 100 AZN-ə iki 50 AZN olmaz?”. Baxdım, dedim, “1 dənə 50 manatdı”. Bu da qayıtdı ki, “50-ni verin, o biri 50-ni də “9-ay” hamiləlik dükanından alacam. Xırdamız olmayanda ordan götürürük. Sizin pulu birgə “9-ay”a qoyaram, ordan götürə bilərsiz”. Mən də “hə” dedim. Qısası belə “salidni viddə” girib ele çıxış elədi ki, mənim də təmiz beynim dondu, heç nə ağlıma gəlmədi sual verməyə. Arxasınca baxdım ki, görüm, “9-ay” dukanına gedir ya yox? Gördüm, taksiyə minir. Paylaşın hamı bu alcağı tanısın. Girib mağazalarda heç kimə ata bilməsin, bir də nəsli, kökü görsün ki, belə hamıya ata-ata asan pul dilənir”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










