DİQQƏT: Bu ərazilərdə at əti satılır

“Mənşəyi bilinməyən, sağlamlığa ziyan olan ətlər ən çox Xaçmaz, Bərdə, Ağcabədi, Cəlilabad, Sabirabad, Kürdəmir, Şəki, Qəbələ və Daşkəsən ərazilərində qeydə alınır”. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında bildirib ki, 2017-ci ilin 4 ayı ərzində qeyd etdiyimiz rayonlarla yanaşı, Bakı şəhərində də həmin növ ət məhsulları aşkarlanıb: “Ümumilikdə, 2017-ci ilin 4 ayı ərzində 15 min 386 kq mənşəyi bilinməyən, sağlamlığa ziyan olan ət məhsulları aşkar edilib. Bunlardan, hardasa 5 tondan yuxarı at, qalanları iribuynuzlu və xırdabuynuzlu heyvanların əti olub. Bunlar da aidiyyatı qurumlar və KİV vasitələrinin iştirakı ilə zərərsizləşdirilib. Həmin istiqamətində fəaliyyətimiz bu gün də davam etdirilir. Qeyd edək ki, baytarlıq nəzarəti olan obyektlərdə belə hallar qeydə alınmayıb. Bu kimi hallar qeyri-qanuni, gizli formada, özlərini “iş adamı” adlandıran sahibkarların təsərrüfatlarında aşkarlanıb və zərərsizləşdirilib”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












