Diqqət: Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Bu gecə Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyi icitmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib. Məlumatda qeyd olunub ki, Bakının Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 130 ünvanında yerləşən “Bakı Konqress Mərkəzinə” məxsus ərazidə abadlaşdırma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar 2016-cı il oktyabrın 29-da saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işləri 24 saat davam edəcək.
Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












