Diqqət: Yaxın 20 il üçün əlverişli hava xəritəsi tərtib olunub

ABŞ-ın Prinston Universitetinin və Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin alimləri iqlim dəyişməsinin planetimizdə mülayim isti havanın olduğu günlərin tezliyinə və paylanmasına necə təsir göstərdiyini ilk dəfə qlobal şəkildə təhlil ediblər. Avtosfer.az SIA-ya istinadən xəbər verir ki, tədqiqatçılar aşağıdakı parametrlərin - Selsi ilə 18-30 dərəcə istinin, 1 millimetrdən az yağıntının cəminin və Selsi ilə 20 dərəcədən aşağı şeh nöqtəsinin qiymətinin məcmusunu isti hava kimi götürüblər. İldə 74 günə bərabər olan cari qlobal orta göstərici sonrakı 20 il ərzində 4 gün, əsrin sonu üçün isə 6 gün azalacaq. Lakin orta enliklərdə - ABŞ-ın şimal və dağlıq hissələrində, Britaniya adaları və Şimali Avropada, Asiyanın şimal-şərqində, həmçinin Cənubi Amerika və Okeaniyanın cənubunda yaşayan əhali xüsusən bahar, yay və payızda isti hava şəraitinin 10-15 gün çoxaldığını müşahidə edəcəklər. İsti günlərin sayı tropik regionlarda daha çox azalacaq. Metamorfozlar Afrika, Asiya və Latın Amerikasında daha çox nəzərə çarpacaq. 2100-cü il üçün bu regionların bəzilərində isti günlərin sayı 15-50 gün azalacaq. Soyuq düşməyəcək, əksinə daha isti və quraq olacaq. Mülayim hava ekstremal hava şəraiti ilə müqayisədə insanların çoxuna təsir göstərdiyi üçün tədqiqat iqlimin dəyişməsi problemini cəmiyyətə başa düşülən şəkildə çatdırır. Turizm, inşaat, nəqliyyat və kənd təsərrüfatı sahələri tədqiqatçıların mülayim kimi müəyyənləşdirdiyi havanın hakim olduğu günlərin tezliyindən asılıdır. İlk baxışda isti günlərin sayının çoxalması əla xəbər təsiri bağışlayır. Amma bu hal temperaturun artmasının nəticəsi olacaq, quraqlıq və istilik axınları gətirəcək. Yer iqliminin gələcəyi barədə bütün proqnozlar 1986-cı ildən 2005-ci ilə qədər müddətdə mülayim hava şəraiti olan günlərin illik sayı ilə bağlı sənədləşdirilmiş dəyişikliklərə əsaslanıb.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










