Direktor müəllimlərdən rüşvət alır? - RƏSMİ CAVAB

Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, idarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılıb, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınıb.
Araşdırmanın nəticəsinə əsasən qeyd olunub ki, sözügedən məktəbdə 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində (bir məktəbəhazırlıq qrupu) mövcud olan dərs saatları 7 ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünüb.
"Dərs saatlarından narazılığını ifadə edən ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplayıb və 12 saat dərs yükü ilə təmin olunub. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur. Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində "Təhsilverənlərin etik davranış Qaydaları"na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir", - açıqlamada vurğulanıb.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










