Diri-diri basdırılan biznesmenlə bağlı yeni xəbər - ŞOK TƏFƏRRÜAT

Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb. İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev "Lotu Quli"nin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz "Quli"dən aldıqlarını etiraf ediblər. Xatırladaq ki, hadisə bu il iyunun 6-da baş verib. Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb. Məlumatına görə, Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar. Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər. Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












