Dispanserin qarşısı sahibsiz maşınlarla zəbt olunub - Piyadalar təhlükədədir - VİDEO

Paytaxtın Yasamal rayonu Müzəffər Həsənov ilə Dadaş Bünyadzadə küçələrinin kəsişməsində xoşagəlməz mənzərə hökm sürür.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın rəsmi “instagram” səhifəsinə videomaterial göndərib. Onun sözlərinə görə, ərazidə yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserinin qarşısı sahibi bəlli olmayan maşınlar tərəfindən zəbt olunub. Belə ki, yolun sağ və sol tərəfində dayanan yararsız nəqliyyat vasitələri piyada və sürücülərə çətinlik yaradır. Nəticədə piyadalar məcbur qalaraq yolun hərəkət hissəsi ilə gedirlər. Bu isə qəza təhlükəsi yaradır. Şikayətçi bildirir ki, sahibsiz maşınlar günün pik saatlarında süni tıxaca da səbəb olur. O, hətta vətəndaşların maşınların içinə müxtəlif tullantılar atdığını da qeyd edib.
Qeyd edək ki, izləyici xoşagəlməz mənzərənin təxmini 1 ildir davam etdiyini əlavə edib.
Nərmin
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTOLAR
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB
Ermənistanın dəmir yolları Azərbaycana verilə bilər? - AÇIQLAMA
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Elmlər Akademiyasında maraqsız iclas - Alimlər yatdı - FOTOLAR
“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO
AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Elgizlə Tolikin verilişi bağlandı
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər










