“Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib - FOTO - VİDEO

Gündəm 20 Noyabr 2023 14:01 Oxunub 180
“Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib  - FOTO - VİDEO

Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetirib.

Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh