Dollar 1,6 manata qədər ucuzlaşa bilər - Azərbaycanda

Azərbaycanda dolların rəsmi məzənnəsi 1,60 manata qədər enə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un analitik qrupunun müşahidələrinə görə, sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin sabit saxlanılması barədə qərarından sonra Azərbaycanın valyuta bazarında bu gün bir qədər də sabitləşmə var.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bu gün keçirdiyi növbəti valyuta hərracına çıxarlmış 150 mln. ABŞ dollarının 61,4 mln. dolları satılıb. Bu isə onu deməyə əsas verir ki, dollara tələb ötən günlərlə müqayisədə kifayət qədər azalıb.
"Report"un analitik qrupu sabaha AMB-nin AZN/USD məzənnəsinin 1,63 səviyyəsindən aşağı düşəcəyini proqnozlaşdırır. Yaxın günlərdə neftin qiymətinin yüksəlməsi, əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutalarının (rubl və lirə) məzənnəsinin möhkəmlənməsi fonunda AZN/USD məzənnəsinin 1,60 səviyyəsinə qədər geriləyəcəyi ehtimal edilir.
AZN/USD məzənnəsinin ilin sonuna qədər 1,55 səviyyəsinə düşmək ehtimalı da var. Neftin bahalaşmasının manatın möhkəmlənməsinə dəstək olacağı bildirilir.
Qeyd edək ki, hazırda Azərbaycanın kommersiya banklarında dolların ən yaxşı alış məzənnəsi 1,63, ən yaxşı satış məzənnəsi 1,65 AZN-dir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasının qərarı ilə sentyabrın 16-dən milli valyutadakı əmanətlərin sığortalanma faizinin 15%-ə yüksəldilməsindən sonra banklar da manat əmanətlərinin illik gəlirliliyini 15%-ə qaldırmağa başlayıblar. Bu amilin manata inamı bir qədər artıracağı və əhalinin dollar vəsaitlərinin bir hissəsini manat vəsaitlərinə keçirəcəyini deməyə əsas verir. Son nəticədə milli valyutanın məzənnəsi möhkəmlənə bilər.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












