Dollar krediti ilə bağlı daha bir müəmma - Ödənişi 1.67 ilə tələb edirlər

Azərbaycanda ötən il baş verən iki devalvasiyadan sonra dollar kreditlərinin ödənişi ilə bağlı məsələ tez-tez gündəmə gəlir.Avtosfer.az “qafqazinfo”ya istinadәn xəbər verir ki, müştərilər kreditləri Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun qaytarsalar da, bəzi banklar ödənişi daxili qaydalara əsasən tələb edir.
Həmin banklardan biri də “Bank VTB”dir. “Qafqazinfo”ya müraciət edən bank müştərisi bildirib ki, əvvəlki aylarda dollar kreditini Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq hər ay banka ödəyib: “Amma bu ay krediti 1.67 məzənnəsinə uyğun olaraq aldılar. 40 manata yaxın ziyana düşməklə krediti ödədim. Bankdan bildirdilər ki, daxili nizamnamə necədirsə, ona uyğun kredit tələb edirik”.
“Qafqazinfo” məsələ ilə əlaqədar bankın ictimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxlayıb. Bildirilib ki, dollar kreditlərinin ödənişi bankın hər gün müəyyən etdiyi məzənnə ilə ödənilir. Müştəri də həmin gün tabloda əks olunmuş kursa uyğun şəkildə kreditini ödəyib. Əgər müştəri bundan narazıdırsa, dollar ucuz satan başqa bankdan alıb ödənişi həyata keçirə bilər. Bank hər gün nağd və qeyri-nağd ödənişlərinin hansı kursla ödənilməsini müəyyənləşdirir. Bizim tərəfimizdən müştərinin hüquqları pozulmayıb”. Qeyd edək ki, Mərkəzi Bankın avqustun 16-sı üçün USD/AZN rəsmi məzənnəsi 1,6124 səviyyəsində müəyyən olunub.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












