Dollarla kredit götürənlərin nəzərinə - Aldana bilərsiz + VİDEO

Bir nəfər sakin 2014-cü ildə bankdan dollarla kredit götürüb. 1-ci devalvasiyadan sonra güzəşt üçün banka müraciət edib və ona bildiriblər ki, borcunu manata çevirmək və müddəti uzatmaq mümkündür. Müştəri bununla bağlı ərizə yazıb və kredit borcunu yeni qaydayla ödəməyə davam edib. İkinci devalvasiyadan sonra isə banka dəvət edilib və ona bildirilib ki, borcunu dollarla ödəməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Hüquqşünaslar deyir ki, bank tərəfindən hər hansı bir güzəşt ediləcəyi ilə bağlı söz verilərsə, müştəri ərizəyə və şifahi razılaşmalara inanmamalı, mütləq yeni müqavilə tələb etməlidir.
Bir müddət sonra isə müştəri banka dəvət edilib və şərtlərin dəyişdiyi deyilib.
Hidayət Quliyevin sözlərinə görə, bankda sadəcə ərizə yazıb. Heç bir müqavilə imzalamayıb və ona hər hansı bir rəsmi sənəd verilməyib.
Hüquqşünaslar isə bildirir ki, bank krediti ödətdirməkdən ötrü manevr edib. Yəni, müştəri aldadılıb, heç bir dəyişiklik olmayıb. əgər ödəniləcək valyuta manata çevrilsəydi, yaxuda da müddət uzadılsa idi mütləq tərəflər arasında müqavilə imzalanmalı idi.
Hüquqşünas Anar Ramazanovun deyir ki, bank tərəfindən hər hansı bir güzəşt ediləcəyi ilə bağlı söz verilərsə, müştəri ərizəyə və şifahi razılaşmalara inanmamalı, mütləq yeni müqavilə tələb etməlidir.
Anar Ramazanovun sözlərinə görə,müştəri bank tərəfindən aldadıldığını iddia edirsə, müvafiq qurumlara müraciət edərək bunu sübut edə və krediti ona söz verilən kursla ödəyə bilər.
Bunun üçün isə bu razılaşma haqda bankla olan yazışmaları və ya digər hər hansı sübutları da şikayət edəcəyi müvafiq orqana təqdim etməyi məsləhətdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












