Donanmaya məxsus liman yedək gəmisi təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub. Avtosfer.az xəbər verir ki, qurumdan verilən məlumata görə, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana tamamilə yenilənib. Ən əsası , gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə təmiri həyata keçirilib. Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq. Xatırladaq ki, sözügedən liman yedək gəmisinin uzunluğu 29,3, eni 8,3 metrdir. Gəmi 1600 at gücünə malik mühərriklə təchiz olunub.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















