Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO

Kür çayının üzərində tikilən və 2017-ci ildə açılışı olan körpü işıqlandırılmır. Bu da qaranlıqda körpüdən istifadə edən sürücülər üçün böyük təhlükə yaradır. Poylu qəsəbəsinin ərazisində olan körpünün uzunluğu 200 metrdir. Baku TV-nin məlumatına görə, sürücülər körpüdən keçməklə Ağstafanın doqquz yaşayış məntəqəsinə, eləcə də Gürcüstanla sərhədə istiqamət alırlar. Onlar illərdir hökm sürən problemin həll olunmasını istəyirlər.
Sürücülərdən birinin sözlərinə görə, körpü strateji əhəmiyyət daşısa da, indiyədək işıqlandırma sistemi quraşdırılmayıb:
"8-9 ildir bu körpü tikilib, strateji əhəmiyyətli yoldur, amma işıqlandırılmayıb. Rayonun ən böyük körpüsüdür, amma işığı yoxdur. Daha kiçik körpülərdə belə işıq var. Təxminən 500 metr məsafədən körpünün başlanğıcı görünməlidir".
Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ onların səlahiyyətində deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, körpü onların balansında olsa da, təhvil verildikdən sonra işıqlanma balansa daxil edilməyib.
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI










