Dörd ərazidə hərəkət qismən və yaxud tam dayandırılacaq - Bakıda

Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektindəki "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonunda, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yolda hərəkət avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar dayandırılacaq. "Bundan başqa, saat 22:00-dan səhər saatlarına qədər paytaxtın Nəsimi rayonunda, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












