Dördüncü mərtəbədən yıxılan uşağı havada tutdu - VİDEO

Türkiyədə film kimi hadisə yaşanıb. Binanın dördüncü mərtəbəsinin balkonundan sürüşən 3 yaşlı uşağın həyatını onu havada tutaraq yerə düşməyə qoymayan təsadüfi adam xilas edib. Avtosfer.az sputnik-ə istinadən bildirir ki, hadisə Türkiyənin Kastamonu bölgəsinin Azdavay rayonunda baş verib. Üç yaşlı Kaan Kurtcuoğlunun anası Sigar Kaya Kurtcuoğlu balkondan sürüşərək evin aşağı mərtəbəsindəki balkona, ondan da aşağıda yerləşən ofisin çardağı üstünə çırpılan oğlunu xilas etmək üçün qışqırıb. Elə bu vaxt maşınla yoldan keçən Ömər Yıldız qışqırığı eşidib. O, maşını dayandıraraq adamların toplaşdığı binanın qabağına gəlib. Adamlar kilim açaraq aşağı düşməkdə olan uşağı tutmağa çalışıblar. Uşaq kilim olan tərəfə deyil, Ömər Yıldızın dayandığı tərəfə yıxılıb. Yıldız əlini ataraq yerə düşməkdə olan Kaanı havada tuta bilib.
Kaanın tam təsadüf nəticəsində ölümdən qurtarması anasına və ətrafdakı adamlara böyük sevinc bəxş edib. Sürüşərkən üzü sıyrılaraq zədələnmiş və qorxmuş Kaanı xəstəxanaya aparıblar. Burada ona lazımi tibbi yardım göstərərək evə buraxıblar.
Uşağı havada tutaraq xilas edən Ömər Yıldız hadisəni belə nəql edib: "Evimdən çıxıb bazara gedirdim. Yolda bir gurultu eşitdim. O dəqiqə maşını saxlayıb, nə baş verdiyini öyrənmək istədim. Bir də balaca uşağın balkondan aşağı sürüşməkdə olduğunu gördüm. Ətrafda hamı qışqırıb onu dayandırmağa çalışsa da, uşaq özünü aşağı tulladı və əvvəl 3-cü mərtəbədəki balkonun mərmərinə, oradan da aşağı qatdakı ofisin çardağına çırpıldı. Oradan yerə düşənə qədər əlimi atıb onu havada tutdum. Kaan xilas olduğuna görə çox xoşbəxtəm".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












