Dostuna pul göndərdi; məbləğ yoxa çıxdı – ABB-də nə BAŞ VERİR?

Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərisi kart hesabına edilən ödənişin geri qaytarılması ilə bağlı sosial şəbəkələrdə narazılıq edib.
Avtosfer.az-a daxil olan şikayətə görə, müştəri 1 dekabr tarixində ABB İpoteka hesabına vəsait köçürüb və ödənişin uğurla həyata keçirildiyi bildirilib. Lakin iki gün sonra müştəriyə ödənişin geri qaytarıldığı barədə bildiriş gəlib və həmin məbləğ hesab balansından çıxarılıb.
Müştəri 3 dekabr tarixində bankdan geri ödəniş məbləği ilə bağlı rəsmi sorğu təqdim edib. Bank sorğunun 3 iş günü ərzində cavablandırılacağını bildirib, lakin bu günə qədər müştəriyə heç bir rəsmi cavab təqdim edilməyib. Hətta müştəri qəbz təqdim olunmasını tələb etməsinə baxmayaraq, bank tərəfindən qəbz verilməyib.
Şikayətçi qeyd edir ki, ABB-nin çağrı mərkəzi ilə əlaqə saxladıqda əməkdaşlar hər dəfə ödənişin həmin gün geri qaytarıldığını bildirsələr də, əslində məbləğ hələ də müştərinin hesabına daxil olmayıb. Hər gün eyni açıqlama verilir, lakin nəticə yoxdur.
Müştəri narazılığını bildirərək xahiş edir ki, banka aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olsun. Hazırda onun geri qaytarılmamış ödənişi üçün müraciət “icra edildi” statusunda göstərilir, lakin bankın əməkdaşlarının verdiyi açıqlamalar bir-birini təsdiqləmir və vəziyyət müştəri üçün aydın deyil.
Şikayətçinin sözlərinə görə, belə halların davam etməsi müştəri etimadına zərər verir və rəqəmsal bankçılıq xidmətinə inamı sarsıdır.
Eltac Zülfüqaroğlu

Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi










