Dövlət agentliyi sahibkar özbaşınalığına göz yumub - FOTO

Gündəm 14 Avqust 2024 13:30 Oxunub 376
Dövlət agentliyi sahibkar özbaşınalığına göz yumub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda sahibkarların etdiyi özbaşınalığa dövlət qurumu da dəstək verib.

Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonundakı obyektlərin sahiblərinin əhaliyə qarşı saymazyana davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əhməd Rəcəbli küçəsində aralarında 2 məşhur restoranın da yer aldığı obyektlərin sahibləri piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazini özəlləşdirib. Səkini obyektin təməlinə qataraq, parklama yeri kimi istifadə edir.

Bu azmış kimi, ərazidə bu həcmdə özbaşınalıq olmasına rəğmən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin özbaşınalığın “böyür-başını da bəzəyib”.

Problemlə əlaqədar şəbəkə istifadəçiləri də qurumdan addım atılmasını gözlədiklərini bildirsələr də, həələ də məsələ öz həllini tapmayıb.

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh