Dövlət Agentliyi tərəfindən növbəti yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır. Bu məqsədlə Dövlət Agentliyinin tabeliyindəki Yol Yaşıllaşdırma MMC-lərinin kollektivləri tərəfindən davamlı şəkildə ağacəkmə aksiyası keçirilir. Bu dəfə aksiya Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında keçirilib. Bir gündə yol kənarlarına 5000 ədəd eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandara və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 300 ədəd həmişəyaşıl kol bitkisi əkilib. Agacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















