Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender keçirir

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2017-ci ildə xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanlarının" və sair çap işlərinin satınalınması məqsədilə açıq tender keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 1-nə qədər, tender təklifini və onun bank təminatını isə martın 10-na qədər DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanına) təqdim etməlidirlər.
Təkliflərə martın 13-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq vəkaləti təqdim etməklə tender prosedurunda iştirak edə bilərlər.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










