Dövlət Dəniz Administrasiyasının tabeliyindəki qurumlardan biri tender elan edib

Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi açıq tender elan edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tender 5 lot üzrə keçirilir - Azərbaycanın ərazi sularında yerləşən naviqasiya qurğu və nişanlarına xidmətlərin göstərilməsi (Lot -1.), dəniz kanallarında, farvarterlərdə və körpülərdə dərinliklərin ölçülməsi işlərinin görülməsi (Lot -2), Abşeron və Şüvəlan mayaklarının təmiri işlərinin görülməsi (Lot -3.), Uzaq Məsafədən Tanınma və İzləmə (LRİT) sisteminin proqram təminatına texniki xidmətlərin göstərilməsi (Lot -4.), Gəmi Hərəkətinin İdarəedilməsi Xidməti (VTS) sisteminin proqram təminatına texniki xidmətlərin göstərilməsi (Lot -5).
Hər lot üzrə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 22-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 29-na qədər Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996-cı məhəllə ünvanındakı “AFEN PLAZA”-ya təqdim etməlidirlər.
Təkliflərə dekabrın 30-u saat 16:00-da sözügedən ünvanda baxılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












