Dövlət Dəniz Admnistrasiyasında Qərargah yaradıldı - Xəzərdəki qəza ilə bağlı

"Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən hadisə nəticəsində itkin düşənlərin axtarışının daha da sürətləndirilməsi və axtraış ərazisinin genişləndirilməsi, eləcə də bu işlərə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə həmin qurumların birgə məlumatında qeyd olunub.
Toplantıda yuxarıda qeyd olunmuş məqsədlərin həyata keçirilməsi üçün Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınıb.
Yaradılmış Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, Qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunub.
Eyni zamanda adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır.
Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










