Dövlət Gömrük Komitəsi Elçin Quliyevi CƏRİMƏLƏDİ - İş məhkəməyə DÜŞÜB

Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.
Belə ki, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən "diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.
Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.
İşə məhkəmədə baxılıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan "Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.
Məhkəmənin qərarına əsasən, "Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir.//Qaynarinfo
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO












