Dövlət Gömrük Komitəsi sərtləşdirilmiş iş rejiminə keçir

Martın 1-dən etibarən Azərbaycan Prezidentinin 2008-ci il 22 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə dövlət başçısının 21 may 2016-cı il tarixli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Qurumun açıqlamasında deyilir ki, həmin fərmana əsasən, gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək: “Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni, müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər”.
Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb və bu dəyişiklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacağı qeyd edilib.
Emin
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












