Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir - FOTO

Bu gün Dövlət Gomrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib.
Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, seçkilərdə 23 namizəd mübarizə aparır.
Şuraya 13 nəfər üzv seçiləcək.
Komitə sədrinin sərəncamı ilə seçkilərinin təşkil edilməsi üçün komissiya yaradılıb. Komissiyanın 17 iyul 2021-ci tarixli qərarı ilə 27 iyuldan 23 avqusta qədər Şura üzvlüyünə namizədlər qeydiyyata alınıb. Bunlar vətəndaş cəmiyyəti institutu nümayəndələridir. Qeydiyyat prosesi yekunlaşdıqdan sonra 2 sentyabrdan 11 sentyabra qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermədə iştirak edəcək seçicilərin qeydiyyatı aparılıb. Vətəndaş cəmiyyəti institutlarının 277 nəfər nümayəndəsinin üzvlərin seçilməsi məqsədilə keçirilən şeçkilərdə iştirakı qeydə alınıb.
Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamənin 309-cu bəndinə əsasən, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.
Səsvermə bu gün saat 16:00-da bitəcək, seçkinin nəticələrinə dair yekun protokol tərtib ediləcək, onu seçki komissiyasının üzvləri imzalayacaq.


İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək










