Dövlət Mülki Aviasiya Administrasiyasının bu səlahiyyəti ləğv olundu

Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib. Digər dəyişikliyə əsasən Dövlət Mülki Aviasiya Administrasiyası məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulunun elektron formada həyata keçirəcək. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il 2 fevral tarixində “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












