Dövlət qurumlarının rəsmi saytlarına hücum edildi – SİYAHI

Bəzi nazirliklərin saytına kiberhücum edilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın bir sıra dövlət qurumlarının, xüsusilə nazirliklərin rəsmi saytlarına kiberhücum təşkil edilib.
Məlumatı İKT üzrə mütəxəssis Elvin Abbasov özünün sosial şəbəkə hesabında paylaşıb.

“Kütləvi kiberhücumlar: Hökumət saytları hədəfdə!
Son günlər AzTV, ASAN Xidmət, Milli Məclis və 25-dən çox dövlət qurumunun rəsmi saytları kütləvi DDOS hücumlarına məruz qalıb. Hədəf — dövlət informasiya ehtiyatlarını çökdürmək!
Hücum edilən qurumlar:
1) AzTv
2) ASAN Xidmət
3) Milli Məclis
4) Daxili İşlər Nazirliyi
5) Xarici İşlər Nazirliyi
6) Müdafiə Nazirliyi
7) Müdafiə Sənayesi Nazirliyi
8 ) Fövqəladə Hallar Nazirliyi
9) Maliyyə Nazirliyi
10) İqtisadiyyat Nazirliyi
11) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
12) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
13) Elm və Təhsil Nazirliyi
14) Ədliyyə Nazirliyi
14) Səhiyyə Nazirliyi
16) Mədəniyyət Nazirliyi
17) Ekologiya və Təbii Sərvətlər Nazirliyi
18) Gənclər və İdman Nazirliyi
19) Kənd Təsərrüfatı Nazirliyi
və digər nazirliklər...
DDOS hücumları veb saytları yükləyərək xidmətləri əlçatmaz etməyə çalışır. Rəqəmsal təhlükəsizlik bu gün hər zamankından daha vacibdir!” – deyə, Elvin Abbasov qeyd edib.
Mütəxəssis saytımıza açıqlamasında əlavə edib ki, müxtəlif sosial platformalarda “Python Team” kibercinayətkar dəstəsinin hücumu öz üzərinə götürdüyü yazılıb.
Səfər
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












