Dövlət Yol Polisi: "Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur"

Bu gün Bakıda piyadalarla bağlı vəziyyət həqiqətən narahatlıq doğurur. İlin əvvəlindən bu günə qədər Bakı üzrə piyadavurma faktları ümumi hadisələrin 57%-ni təşkil edir. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
"Biz doğrudan da piyadalarla bağlı problem yaşayırıq. Piyadaların məsuliyyətə cəlb edilməsində əməkdaşlarımız demək olar paytaxtın əksər yerlərində yeraltı və yürüstü piyada keçidlərində reydlər aparırlar. Bu günədək 90 minə yaxın piyada saxlanılıb. Bu, piyadalar arasında da nizam-intizamın olmaması deməkdir. Hesab edirəm ki, bu təkcə Dövlət Yol Polisindən deyil, piyada hərəkət iştirakçılarının özündən də asılıdır. Məsələn, evdə valideynlər, məktəbdə müəllimlər, küçədə bizim üzərimizə böyük məsuliyyət düşür", - deyə V. Əsədov bildirib.
V. Əsədovun fikrincə, sürücülər yol polisi olmadan öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar: "Bu gün dayanma-durma ilə bağlı tərəfimizdən xeyli protokol tərtib olunub. Çünki hazırda "20 Yanvar", Şamaxinka adlanan ərazi və digər yerlərdə yenə də çoxlu əməkdaşlarımız xidmət edir. Deməli, bura paytaxtın şimal tərəfdən giriş qapısıdır. Burada gəlib-gedənlər üçün normal şərait yaradılmalıdır. Əgər avtomobil sürücüləri tərəfindən dayanma-durma tələbləri yerinə yetirilmirsə, yolun daralması, gediş-gəlişi çətinləşir. Yol polisi olmadan hər bir sürücü ən azı quraşdırılmış yol nişanlarının hərəkətinə düzgün riayət etməlidir. Çox vaxt çörək pulu qazanıram deyə qadağan edilmiş ərazidə park edənlər unutmamalıdırlar ki, müəyyən olunmuş qaydalar var".
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










