Dövlətə külli miqdarda ziyan vuranlar azadlıqda - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahidlərin ifadələri davam etdirilib. Sübutların tədqiqi mərhələsi və məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Hər üç təqsirləndirilən şəxsin 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından azadlığa buraxılmasını istəyib. Bu müddətə uyğun olaraq təqsirləndirilən şəxslərin həbs müddəti başa çatmış sayılır. Məhkəmə kollegiyası hökm elan olunması üçün yarım saatlıq fasilə elan edib. Məhkəmə prosesində müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan ediblər. Hökmə əsasən Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onların həbsdə qalma müddətinə görə verilən cəza müddəti artıq bitdiyi üçün R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb. R.Məmmədova 2 il müddətinə dövlət qurumunda vəzifə tutmaq qadağan edilib. Arzu Məmmədov barəsində olan ev dustaqlığı qərarı ləğv edilib.
Elmin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














