Döyüşlərdə ermənilər necə pusquya salınıb? - Arazboyu əməliyyatlarının qəhrəmanı danışır - VİDEO

"Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin bölmələrinin keçirdiyi uğurlu əməliyyatlardan biri də Xudafərin körpüsü və ətraf ərazilərin işğaldan azad edilməsi olub".
"Postmedia.az" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Mahmud Şükürov bildirib.
İkinci Qarabağ müharibəsində qrup komandiri kimi döyüşlərə qoşulan zabit qeyd edib ki, Hadrut əməliyyatından sonra komandanlıqdan hücum istiqamətini dəyişmək üçün göstəriş alıb: “Cəbrayıl rayonunun Soltanlı kəndinə hərəkət etdik və orada bazalandıq, döyüş tapşırığı bir daha dəqiqləşdirildi. Mənə döyüş tapşırığı verildi ki, düşmənin müvəqqəti tutduğu mövqelərdən 11,5 km dərinliyə sızmalıyıq. Orada strateji əhəmiyyətə malik olan silsiləni ələ keçirməliyik, daha sonra isə digər döyüş tapşırığı veriləcək. Ərazidə ermənilərin artilleriya və qırıcı təyyarələri vardı. Qırıcı təyyarələr bizim arxa istiqamətimizə aviazərbələr endirdi. Bu isə bizim döyüş əzmimizi qırmadı. Yüksəklikdə düşməni pusquya saldıq və onların texnikası və canlı qüvvəsini məhv etdik.
Mənə növbəti döyüş tapşığı gəldi ki, Xudafərin körpüsü və ətraf ərazilər düşməndən azad edilsin. Sağ istiqamətdən qrup şəklində hərəkətə başladıq. Biz Xudafərin körpüsünə yaxınlaşanda burada düşmənin mövqelənməsini müşahidə etdik. Dərhal yarımqruplara bölünərək ermənilərlə şiddətli döyüşlərə girdik və onları məhv etdik. Hətta tunelin altında da ermənilər yerləşmişdi. Biz 3-4 saat ərzində Xudafərin körpüsü və düşmən tərəfindən xarabalığa çevrilmiş ətraf əraziləri tam şəkildə onlardan təmizlədik. Daha sonra müvafiq qaydada yuxarı komandanlığa məruzə etdik”.
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO










