"Dronu DSX yox, qayaya ..."

"Vətəndaş A" serialının prodüseri Sevinc Əliyeva Dövlət Sərhəd Xidmətinin serialın çəkiliş heyətinin dronunu vurması haqda xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Avtosfer.az "Olay"a istinadən xəbər verir ki, bu barədə o, serialın rəsmi səhifəsi ilə birgə açıqlama yayıb. Sevinc "DSX dronumuzu vurdu" iddiasının həqiqəti əks etdirmədiyini bildirib:
"İctimai Televiziya və mən "SFN Prodakşn"ın rəhbəri ("Vətəndaş A" serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir".

Bundan əlavə, Sevinc Əliyeva dron operatorunun "WhatsApp" mesajını da sosial media hesabında paylaşıb:
"Bu TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vumayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, "zoom". Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur. Ona görə də məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə "zoom" linza ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırım. Sürəti 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur".
Qeyd edək ki, bu barədə açıqlamanı serialın rejissoru Elvin Rüstəmzadə kulis.az-a müsahibəsi zamanı söyləmişdi.



Bu il çimərlik mövsümü ərzində neçə nəfər boğulub? - RƏSMİ AÇIQLAMA
Təcili yardıma həkim yox, "motosikletçi" gəlir: Bakı bu sistemə hazırdır?
Arzum ev dustaqlığına BURAXILDI - VİDEO - YENİLƏNİB
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu ölkədə 18 yaşdan kiçiklərə elektrikli skuter qadağan EDİLDİ
Azərbaycanda müraciət sistemi daha da təkmilləşdirilə bilər – TƏKLİF
Bu prospektdə tıxac var - SİYAHI
Azərbaycan Avropaya hansı halda qaz ixracını artıracaq? - Prezident şərtləri açıqladı
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” - FOTOLAR
Sumqayıtda nasaz avtobus sərnişinləri yolda qoydu – VİDEO
Bakıda bu küçənin bir hissəsi təmirə bağlanır - Sürücülərin nəzərinə!










