DTX antiterror əməliyyatı keçirdi: 2 nəfər məhv edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib. Bu barədə Avtosfer.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.
Martın 6-da cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilib.
Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












