DTX və DSX əməkdaşları birgə əməliyyat keçirib - FOTO

Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən uğurlu tədbirlər davam etdirlməkdədir. Avtosfer.az xəbər verir ki, bu barədə daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilmişdir. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb. Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














