Dubay aeroportu 2017-ci ildə 88,2 milyon sərnişinə xidmət göstərib

Dubay beynəlxalq aeroportu 2017-ci ildə 88,2 milyon sərnişinə xidmət göstərməklə, bu dəfə də dünyanın ən çox yüklənən hava limanı adını saxlayıb. Azərtac Dubayın yerli KİV-lərinə istinadla xəbər verir ki, yanvar, iyul və avqust aylarında rekord sərnişin axını – 8 milyondan artıq sərnişin qeydə alınıb. Bildirilir ki, Dubay beynəlxalq aeroportunun sərnişinləri arasında Hindistan nümayəndələri (12 milyon sərnişin) üstünlük təşkil edib. Bu hava limanının xidmətlərindən Böyük Britaniya (6,4 milyon) və Səudiyyə Ərəbistanı (6,3 milyon) vətəndaşları da geniş istifadə edib. Rusiyalı sərnişinlərin sayı 28 faiz artaraq 1.339.534 nəfər təşkil edib. Ötən il aeroport yeni aviaşirkətlərin – “Salam Air”, “Badr Airlines” və “Air Moldova”nın reyslərini qəbul etməyə başlayıb. Əmirliklərin “Emirates” və “Flydubai” daşıyıcıları isə müvafiq olaraq 3 və 10 yeni marşrut əlavə ediblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












