Dubaya gedənlərin sayı artıb

Dubayın Beynəlxalq Hava Limanı 2016-cı ildə dünyanın ən çox aviasərnişin qəbul edən hava limanı olub. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hava limanının illik trafiki 7,2% artaraq 83,6 miliyon sərnişin təşkil edib. Sərnişin axınının artımına “Emirates” və “Flydubai”da daxil olmaqla, yerli daşıyıcıların 11 yeni istiqamət üzrə uçuşlara start verməsi səbəb olub. Təkcə 2016-ci ilin dekabr ayında hava limanında əvvəlki illə müqayisədə sərnişin dövriyyəsi 9,3% artaraq, 7,7 milyon nəfər təşkil edib. Dubay hava limanı 2017-ci ildə sərnişin sayının 89 milyon (sərnişin axını 6,5% artacaq) olacağını proqnozlaşdırır. Hava limanı 2023-ci ilə bu rəqəmi ildə 118 milyona qədər artırmaq niyyətindədir.
Qeyd edək ki, hələ 2014-cü ildə Dubay Beynəlxalq Hava Limanı beynəlxalq reyslərinin sayına görə Londonun “Hitrou” hava limanını qabaqlayıb. 2016-ci ildə “Hitrou”nun sərnişin axını 76 milyon (bu göstərici həm beynəlxalq, həm də daxili reysləri əks etdirir) təşkil edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












