Dükana "011"lə gələn müştərinin verdiyi pul saxta çıxdı

Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb 100 manatlıq əskinas verərək ödəniş edib. Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əskinasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradır və onu yoxlayır. Pul saxta idi. Vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edir. Həmin şəxsi tanımırdı. Lakin gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görmüşdü.
Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar. Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












