Bu yollarda sürət həddi bərpa edildi - FOTO - YENİLƏNİB

Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.
*** 07 yanvar, 22:25
Duman səbəbindən Bakının bir sıra yollarında sürət həddi endirilib, bütün portallarda "dumanlı hava" işarəsi qoyulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunur ki, hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Rusiya təyyarələri Tehrandan nə daşıyır? - Hərbi ekspertdən açıqlama
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO
AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatla dolanması mümkün olar?"
Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? - POLİTOLOQ
Bakıda bu ünvandakı bina söküləcək - 1340 AZN kompensasiya
“Lukoil”lə bağlı qərar verildi - Bu müddət ərzində …
“Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb
Prezident onu nazir müavini təyin etdi - FOTO
Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
30 yaşlı polkovnikə yüksək vəzifə verildi - GENERALDAN TƏYİNAT - FOTO
















