Dünya Bankı Azərbaycana yeni kredit ayırıb

Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda icra olunan "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi"nə 66,7 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiqləyib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bankın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Məlumatda deyilir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təmin etmə imkanlarının artırılmasından ibarətdir: “Azərbaycan əhalisinin təxminən 7%-i məcburi köçkün hesab edilir və onlar cəmiyyətin ən həssas hissələrindən birini təşkil edir. Bir sıra məcburi köçkünün hələ də keyfiyyətli infrastruktur, sosial xidmətlər və iş imkanlarına əlyetərliyi kafi səviyyədə deyil. Bu əlavə maliyyələşdirmə məcburi köçkünlərin, eləcə də məcburi köçkün olmayan əhalinin yerli, baza infrastrukturu, yaşayış şəraiti, gəlirləri, bacarıqları və iş imkanlarının təkmilləşdirilməsinə Dünya Bankının dəstəyinin davam etdirilməsi məqsədi daşıyır”.
“Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması Azərbaycan vətəndaşlarının bərabər rifahınin təmin edilməsi istiqamətində əsas prioritet təşkil edir və biz onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq istiqamətində hökumətin bu vaxta qədər həyata keçirdiyi səyləri təqdir edirik. Bu layihə daha yaxşı ictimai xidmətlər və xüsusilə, gənclər üçün gəlir gətirən imkanları təmin etməklə hazırda həyata keçirilən səyləri tamamlayacaq”, - deyə DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib.
Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bununla yanaşı, layihə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentlərini ehtiva edəcək.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildə DB-yə qoşulub. Bu vaxtdan etibarən Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










