Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı?

Dünya Bankının Kəlbəcərdə yol tikintisinə tranş ayırması ilə bağlı Ermənistan və yerli mediada yazılanlara bankdan aydınlıq gətirilib. Dünya Bankının saytında dərc olunan məlumata görə, Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi Layihəsi yalnız Ermənistan daxili həyati əhəmiyyətli yollarının bərpasını maliyyələşdirir: “2009-cu ildə başlayan və Dünya Bankı tərəfindən maliyyələşdirilən Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi Layihəsinin (LRNIP) əsas məqsədi 350 km uzunluğunda olan həyati əhəmiyyətli yolların bərpası sayəsində Ermənistanın kənd yerlərində yaşayan sakinləri üçün bazarlara və sosial xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasıdır. Layihənin ümumi məbləği 101.6 milyon ABŞ dollarıdır və bu layihə üçün Bank tərəfindən verilən son maliyyələşdirilmə 2015-ci ilin iyul ayında İdarə Heyəti tərəfindən təsdiq edilmiş 40 milyon ABŞ dolları məbləğində verilən əlavə maliyyə vəsaiti olub".
Qeyd edək ki, yerli mətbuatda “Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” başlığı ilə dərc olunan xəbərə Azərbaycan XİN-i də reaksiya vermiş, Ermənistan mətbuatından götürülmüş xəbərin təhrif edilmiş formada təqdim edildiyini açıqlamışdı. Nazirlik Martuni-Vardenis-Sotk yol xəttinin Ermənistan ərazisində yerləşdiyini və Dünya Bankının təxsis etdiyi tranşın bu yolun 6.5-11.1 km-nin bərpasına ayrıldığını vurğulamışdı.
“Qafqazinfo”
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










