Dünya çempionunu öldürən azərbaycanlı polisə təslim olub

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov polisə təslim olub. Avtosfer.az-ın xəbərinə görə, bu barədə məlumatı sportfm.az saytına Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib: “Hadisə Xabarovsk şəhərinin kafelərindən birində səhər saat 6-da baş verib. Anarla Andrey arasında mübahisə yaranıb və onlar məsələni aydınlaşdırmaq üçün çölə çıxıblar. Bəzi KİV-lərdə yazılıb ki, guya azərbaycanlılar əvvəlcə Draçevi “təkləyiblər”. Belə bir şey olmayıb. Onlar təkbətək döyüşüblər. Anar əlbəyaxa döyüş növləri ilə məşğul olur, özü tikinti sahəsində çalışır. Əslən Sumqayıt şəhərindəndirlər. Qardaşı Natiq Allahverənov buralarda çox hörmət edilən bir şəxsdir. Bildiyimə görə, dünən onu tutublar, ya da Anar özü təslim olub. İndiyədək burada etnik zəmində heç bir problem yaşanmayıb”. Qeyd edək ki, faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










