Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr – SİYAHI

Bu il üzrə dünyada qızıl ehtiyatlarına görə ilk 10 ölkənin statistikası tərtib edilib.
Avtosfer.az "İqtisadiyyat.az"a istinadən xəbəre verir ki, bu il qlobal rəsmi qızıl ehtiyatları 36 274,3 ton təşkil edir ki, bu da dünya ehtiyatlarının 22,2%-ni təşkil edir.
Araşdırmalara görə, dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkə ABŞ-dir. Belə ki, iyunun əvvəlində 8,1 min tonla bu siyahıya ABŞ başçılıq edir. Ölkənin əsas ehtiyatları (4,6 min ton) Kentukki ştatının Fort Noks şəhərində saxlanılır.
Sonrakı yerdə bu ilin birinci rübündə ehtiyatları 3,35 min ton olan Almaniya gəlir. 2022-ci ildən bəri ölkənin qızıl ehtiyatı 100 tondan çox azalıb, çünki Berlin aktiv şəkildə qızıl satır.
Ümummilikdə, ən çox qızıl ehtiyatına sahib olan digər ölkələr isə bunlardır:

Fransa Bankının məlumatına görə, ölkənin qızıl ehtiyatının həcmi 2009-cu ildən bəri dəyişməyib.
Rusiya Bankı isə qeyd edib ki, iyulun 1-nə ölkənin ehtiyatlarının məbləği 248,71 milyon dollar səviyyəsində qiymətləndirilib.
Eyni zamanda, iyulun əvvəlində Çin Xalq Bankı qızıl ehtiyatlarının 70 min troya unsiyası artdığı barədə məlumat yayıb. Çin artıq 8 aydır ki, aktiv şəkildə qızıl alır.
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA










