Dünyanın ən böyük təyyarəsi sahibini dəyişə bilər

Ukraynaya məxsus, yerli dildə "Xəyal" mənasını verən "Mriya" adlı "An-225" markalı təyyarə brendi Çinin hava yolları şirkətinə satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb.
Məlumata görə, bununla bağlı Ukraynanın dövlətə məxsus "Antonov" şirkəti ilə "China Airspace" şirkəti arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, bundan sonra "An-225" təyyarələrinin istehsalı və onlara texniki xidmət göstərilməsi Çində həyata keçiriləcək.
Çin istehsalı olan ilk "An-225"in 2019-cu ilin sonuna qədər ərsəyə gətirilməsi gözlənilir. Beləliklə, bu ölkə dünyanın ən böyük təyyarəsinin istehsalçısına çevriləcək.
Amma maraqlıdır ki, Ukrayna tərəfi Çin mətbuatının yazdığını təkzib edib. "Antonov" şirkətindən verilən açıqlamada bildirilib ki, Çin şirkəti ilə yalnız əməkdaşlığa dair saziş imzalanıb: "Saziş modernləşdirilmiş sayca ikinci "An-225" təyyarəsinin istehsalını nəzərdə tutur".
Xatırladaq ki, "An-225" təyyarələri Ukraynada ilk dəfə 1985-88-ci illərdə, SSRİ dövründə istehsal edilib. 2001-ci ildə bu təyyarələrdən daha biri bir qədər modernləşdirilmiş formada istehsal edilib və indiyə qədər istismar edilir.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












