Dünyanın ən kiçik daşıyıcı raketi dənizə düşdü – 100 mln. dollar dəyərində

Yaponiyanın istehsal etdiyi dünyanın ən kiçik peyk daşıyan SS-520-4 tipli raketin orbitə buraxılışı uğursuz olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb. Məlumata görə, daşıyıcı raket buraxıldıqdan bir müddət sonra dənizə düşüb. Raketin ikinci bölməsində yanacağın alışmadığı ehtimal olunur. Qeyd edək ki, NHK telekanalı bundan əvvəl peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışının həyata keçirildiyini bildirmişdi.
<><><><><06.18
Yaponiya Aerokosmik Agentliyi (JAXA) peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışını həyata keçirib. SS-520-4 tipli daşıyıcı raket yerli vaxtla 08.33-də (Bakı vaxtı ilə 03.33-də) Kaqosima prefekturasındakı Utinomura Kosmik Mərkəzdən orbitə buraxılıb.
NHK telekanalının məlumatına görə, kommunikasiya peyki 7,5 dəqiqədən sonra 200 km hündürlükdə müəyyən edilmiş orbitə çatıb.
Qeyd edək ki, süni peyki orbitə çatdıra bilən SS-520-4 raketi dünyanın ən kiçik daşıyıcı raketidir. Onun hündürlüyü cəmi 9,5 metr, diametri 50 sm, çəkisi isə 2,6 ton təşkil edir. Bu vaxtadək orbitə buraxılan ən kiçik “Epsilon” raketinin hündürlüyü 25 m olub.
Yaponiyanın orbitə buraxdığı peykin parametrləri də çox kiçikdir – çəkisi cəmi 3 kq, ölçüləri isə 11,66 Х 11,6 Х 34,6 sm təşkil edir.
Raket və peykin inşası və kosmosa buraxılmasına sərf olunan xərclər də əhəmiyyətli dərəcədə az olub – təxminən 3,47 mln. dollar. Belə ki, ənənəvi Н2А tipli raketin kosmosa buraxılması orta hesabla 100 mln. dollardan çox vəsait tələb olunub.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












